YƏHYA GİRİŞ

GİRİŞ
«Yəhyanın nəql etdiyi Müjdə» İsanı Allahın əbədi Kəlamı kimi təqdim edir. «Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı» (1:14).
Kitabda göstərildiyi kimi bu Müjdə elə yazılıb ki, oxucular İsanın vəd olunmuş Xilaskar və Allahın Oğlu olduğuna iman edərək Onun adı ilə həyata malik olsunlar (20:31).
İsanı Allahın əbədi Kəlamı kimi təqdim edən birinci ayələrdən sonra Müjdədə müxtəlif möcüzələr barəsində nəql edilir. Bu möcüzələr İsanın vəd olunmuş Xilaskar və Allahın Oğlu olduğunu göstərir. Bunlar göstərilən möcüzələri izah edən nitqlərlə müşayiət olunur. Kitabın bu hissəsi bəzi adamların İsaya necə inandığını və Onun ardıcılları olduğunu, digərlərininsə Ona qarşı durduğunu və Ona inanmadığını göstərir. 13-17-ci fəsillərdə isə İsanın həbs olunduğu gecə şagirdləri ilə yaxın ünsiyyəti və geniş söhbəti qələmə alınıb. İsa çarmıxa çəkilməmişdən öncə şagirdlərinə təsəlli verir və onları ruhlandırır. Son fəsillər isə İsanın həbs və məhkum olunması, çarmıxa çəkilməsi, dirilməsi və diriləndən sonra şagirdlərə görünməsini təsvir edir.
Yəhya Məsih vasitəsilə bəxş olunan əbədi həyat yolunu göstərir. Bu, İsaya yol, həqiqət və həyat kimi iman edənlərə verilir. Yəhyanın Müjdəsini fərqləndirən cəhət odur ki, su, çörək, çoban və qoyunlar, meynə və üzüm kimi ifadələrlə İsa ruhani dəyərləri açıqlayır.
Kitabın məzmunu:
1:1-18 İsa Allahın Kəlamıdır
1:19-51 Vəftizçi Yəhyanın şəhadəti və İsanın ilk şagirdləri
2:1-12:50 İsanın ictimai xidməti
13:1-19:42 İsanın Yerusəlimdəki son günləri
20:1-31 Rəbbin dirilməsi və insanlara görünməsi
21:1-25 Rəbbin Qalileyada təkrarən görünməsi

Выбрано:

YƏHYA GİRİŞ: AZJ08

Выделить

Поделиться

Копировать

None

Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь