LUKA 24

24
İsanın dirilməsi
(Mat. 28:1-10; Mark 16:1-11; Yəh. 20:1-18)
1Həftənin ilk günü#24:1 Həftənin ilk günü – yəni bazar günü. səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər.#24:1 Gəldilər – bəzi əlyazmalarda gəldilər. Bəzi başqa adamlar da onlarla birgə gəldilər. 2Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. 3Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. 4Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. 5Qadınlar təlaş içində üzüstə yerə sərildi. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? 6#Mat. 16:21; 17:22-23; 20:17-19; Mark 8:31; 9:31; 10:32-34; Luka 9:22; 18:31-33O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. 7Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». 8Qadınlar da İsanın sözlərini yada saldılar.
9Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. 10Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. 11Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. 12Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.
İsa iki şagirdə görünür
(Mark 16:12-13)
13Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi#24:13 Altmış stadi – təqribən 11 kilometr. uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. 14Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. 15Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. 16Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.
17İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. 18Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» 19İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedi: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. 20Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. 21Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. 22Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib 23Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. 24Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».
25Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! 26Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» 27Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
28Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. 29Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
30İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. 31Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. 32Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
33Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. 34Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». 35Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
İsa On Bir şagirdə görünür
(Mat. 28:16-20; Mark 16:14-18; Yəh. 20:19-23; Həv. 1:6-8)
36Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. 37Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. 38Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? 39Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». 40İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. 41Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» 42Ona bir tikə bişmiş balıq#24:42 Balıq – bəzi əlyazmalarda balıq və bir parça bal pətəyi. verdilər. 43İsa da yeməyi götürüb onların qabağında yedi.
44Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda,#24:44 Musanın Qanunu – yəni Tövrat. Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». 45Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. 46İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. 47Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. 48Siz bu hadisələrin şahidisiniz. 49#Həv. 1:4Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüvvəyə bürünənədək bu şəhərdə qalın».
İsanın göyə qaldırılması
(Mark 16:19-20; Həv. 1:9-11)
50İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; 51xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. 52Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. 53Onlar daim Allaha alqış edərək məbəddə olurdular.

Выбрано:

LUKA 24: AZJ08

Выделить

Поделиться

Копировать

None

Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь