LUKA 16
16
Fərasətli idarəçi məsəli
1İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. 2Varlı adam onu yanına çağırıb dedi: “Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”.
3İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. 4İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”.
5Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?” 6O “yüz bat#16:6 Yüz bat – təqribən 3950 litr. zeytun yağı” dedi. İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”. 7Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?” O cavab verdi: “Yüz kor#16:7 Yüz kor – təqribən 39 500 litr. buğda”. İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”.
8Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. 9Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə#16:9 Sərvət – arami dilində mamon. özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız.
10Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. 11Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? 12Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər? 13#Mat. 6:24Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə#16:13 Sərvət – arami dilində mamon. qulluq edə bilməzsiniz».
14Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar. 15İsa da onlara belə dedi: «İnsanların qarşısında özünüzü saleh göstərən sizsiniz, amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir.
16 #
Mat. 11:12-13
Qanun və Peyğəmbərlər Yəhyanın gəlişinə qədər idi. O vaxtdan bəri Allahın Padşahlığının Müjdəsi yayılır və hər kəs oraya zorla girməyə çalışır. 17#Mat. 5:18Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır.
18 #
Mat. 5:32; 19:19; Mark 10:11-12; 1Kor. 7:10-11 Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir.
Varlı və yoxsul məsəli
19Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. 20Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. 21Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı.
22Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. 23Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. 24O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. 25Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. 26Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”.
27Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. 28Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”. 29İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”. 30Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”. 31Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”».
Выбрано:
LUKA 16: AZJ08
Выделить
Поделиться
Копировать
Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь
© United Bible Societies 2009