ROMALILARA 15
15
İmanınız günbəgün artsın
1Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. 2Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq. 3#Zəb. 69:9Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım». 4Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun. 5Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki, 6hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.
7Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin. 8Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; 9#2Şam. 22:50; Zəb. 18:49beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb:
«Buna görə millətlər arasında
Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm».
10 #
Qanun. 32:43
Yenə deyilir ki:
«Ey millətlər, Onun xalqı ilə birgə sevinin!»
11 #
Zəb. 117:1
Başqa bir yerdə:
«Ey bütün millətlər, Rəbbə həmd edin!
Ey bütün ümmətlər, Onu mədh edin!»
12 #
Yeş. 11:10
Yeşaya da belə deyir:
«Yesseyin Kökü gələcək,
Millətlərə hökmran olmaq üçün ucalacaq,
Millətlər Ona ümid bağlayacaq».
13Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.
Məsihin xidmətçisi
14Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz. 15Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam. 16Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar. 17Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm. 18-19Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım. 20Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. 21#Yeş. 52:15Amma necə ki yazılıb:
«Onun haqqında xəbəri olmayanlar görəcək,
Eşitməyənlər anlayacaq».
Paulun Romaya getmək niyyəti
22 #
Rom. 1:13
Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. 23İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim. 24Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız. 25#1Kor. 16:1-4Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm. 26Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər. 27#1Kor. 9:11Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar. 28Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm. 29Bilirəm ki, yanınıza gələndə Məsihin#15:29 Məsihin – bəzi əlyazmalarda Məsihin Müjdəsinin. tam xeyir-duası ilə gələcəyəm.
30Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki, 31Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin. 32Beləliklə, istəyirəm ki, Allahın iradəsi ilə sevinclə yanınıza gəlib sizinlə könlümü fərəhləndirim. 33Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.
Currently Selected:
ROMALILARA 15: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009