YouVersion Logo
Search Icon

ROMALILARA 14

14
Başqasını mühakimə etməyin
1 # Kol. 2:16 İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin. 2#1Kor. 8:1-13Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir. 3Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib. 4Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir.
5Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun. 6Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir.#14:6 Fərqləndirir – bəzi əlyazmalarda fərqləndirir. Bir günü də fərqləndirməyən adam onu Rəbb üçün fərqləndirmir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir. 7Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük. 8Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq. 9Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
10 # 2Kor. 5:10 Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın#14:10 Allahın – bəzi əlyazmalarda Məsihin. hökm kürsüsünün qarşısında dayanacağıq. 11#Yeş. 45:23; Flp. 2:10-11Çünki yazılıb:
«Rəbb deyir:
Varlığıma and içdim,
Hər diz önümdə çökəcək,
Hər dil Allah olduğumu bildirəcək».
12Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.
13 # 1Kor. 8:1-13 Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız. 14Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır. 15Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə. 16İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin. 17Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir. 18Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır.
19Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək. 20Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir. 21Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb olmayan isə yaxşılıq edir. 22Bu məsələlərdə etiqadını Allahın önündə öz ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır! 23Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır.#14:23 Bəzi əlyazmalarda bu fəslin axırında 14:24-26 sayılan daha üç ayə gəlir. Bəzilərində isə həmin ayələr 16-cı fəslin axırında gəlir. Bu tərcümədə həmin ayələr 16:25-27 kimi yazılır.

Currently Selected:

ROMALILARA 14: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in