YouVersion Logo
Search Icon

ROMALILARA 16

16
Salamlar və xahişlər
1Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm. 2Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib.
3 # Həv. 18:2-3 Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin. 4Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. 5Onların evində toplanan cəmiyyətə də salam söyləyin.
Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın.
6Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin.
7Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
8Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
9Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.
10Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin.
Aristobulun ailəsindən olanlara salam çatdırın.
11Soydaşım Hirodiona salam söyləyin.
Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.
12Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin.
Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.
13 # Mark 15:21 Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.
14Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.
15Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
16Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
17Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. 18Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. 19Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. 20Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!
21 # Həv. 16:1 Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir.
22Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm.
23 # Həv. 19:29; 1Kor. 1:14; 2Tim. 4:20 Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var.
Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir. 24#16:23-24 Göndərir – bəzi əlyazmalarda göndərir. 24 Rəbbimiz İsa Məsihin lütfü sizin hamınızla olsun. Amin. (Rom. 16:20; 2Sal. 3:18).
Allaha əbədi izzət olsun
25Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; 26bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; 27o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin.#16:25-27 Bəzi əlyazmalarda bu ayələr yoxdur. Bəzilərində isə həmin ayələr 14:24-26 sayılaraq 14-cü fəslin axırında gəlir.

Currently Selected:

ROMALILARA 16: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in