YARADILIŞ 4
4
Qabil və Habil
1Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili#4:1 Qabil – ibrani mətnində qayin sözü olub qazanma deməkdir. doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». 2Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi.
3Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. 4#İbr. 11:4 Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, 5ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. 6Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? 7Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».
8 #
Mat. 23:35; Luka 11:51; 1Yəh. 3:12 Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10#İbr. 12:22-24 Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11Buna görə də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. 16Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
Qabilin nəsli
17Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi. 18Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi. 19Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi. 20Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu. 21Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu. 22Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi.
23Bir dəfə Lemek arvadlarına dedi:
«Ey Ada və Silla, səsimi eşidin,
Ey Lemekin arvadları, sözümə qulaq asın:
Məni yaraladığı üçün
Bir adam öldürdüm,
Məni zədələdiyi üçün
Bir cavan öldürdüm.
24Qabil üçün yeddi qat qisas alınacaqsa,
Lemek üçün yetmiş yeddi qat alınacaq».
Şet və Enoş
25Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet #4:25 Şet – ibrani dilində bəxş etmək. qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». 26Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.
अहिले सेलेक्ट गरिएको:
YARADILIŞ 4: AZJ08
हाइलाइट
शेयर गर्नुहोस्
कपी गर्नुहोस्
तपाईंका हाइलाइटहरू तपाईंका सबै यन्त्रहरूमा सुरक्षित गर्न चाहनुहुन्छ? साइन अप वा साइन इन गर्नुहोस्
© United Bible Societies 2009