YARADILIŞ 2
2
1Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. 2#İbr. 4:4,10 #Çıx. 20:11 Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. 3Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.
Adəm və Həvva Eden bağında
4Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda 5yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı. 6Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. 7#1Kor. 15:45 Rəbb Allah yerin torpağından insanı#2:7 İnsan – ibrani mətnində adam sözü olub ilk insana verilən adı ifadə edir. Bu söz həm də torpaq – adama sözünə bənzəyir. düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
8Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. 9#Yar. 3:22; Vəhy 2:7; 22:2,14 Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
10Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü. 11Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. 12Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var. 13İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. 14Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.
15Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. 16Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. 17Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».
18Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». 19Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı. 20İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı. 21O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 22Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. 23İnsan dedi:
«Bax, nəhayət, bunun
Sümüyü mənim sümüyümdən,
Bədəni mənim bədənimdəndir.
Adına “qadın” deyiləcək,
Çünki o, kişidən#2:23 Kişi – ibrani mətnində iş, qadın – işşa. götürülüb».
24 #
Mat. 19:4-5; Mark 10:7-8; 1Kor. 6:16; Ef. 5:31 Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. 25Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.
अहिले सेलेक्ट गरिएको:
YARADILIŞ 2: AZJ08
हाइलाइट
शेयर गर्नुहोस्
कपी गर्नुहोस्
तपाईंका हाइलाइटहरू तपाईंका सबै यन्त्रहरूमा सुरक्षित गर्न चाहनुहुन्छ? साइन अप वा साइन इन गर्नुहोस्
© United Bible Societies 2009