YARADILIŞ 10
10
Nuhun nəsli
(1Saln. 1:5-23)
1Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.
2Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. 3Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. 4Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim. 5Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı.
6Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. 7Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. 8Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. 9Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir. 10Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi. 11O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı, 12Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.
13Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular, 14Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.
15Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, 16həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, 17Xivlilər, Arqlılar, Sinlilər, 18Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı. 19Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı. 20Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi.
21Everin bütün oğullarının əcdadı və Yafəsin böyük qardaşı olan Samın#10:21 Yafəsin böyük qardaşı olan Samın – yaxud böyük olan Yafəsin qardaşı Samın. da oğulları oldu. 22Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram. 23Aramın oğulları: Us, Xul, Geter və Maş. 24Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi. 25Everin iki oğlu oldu: birinin adı Peleq#10:25 Peleq – ibrani dilində bölünmə. idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. 26Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, 27Hadoram, Uzal, Diqla, 28Oval, Avimael, Səba, 29Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi. 30Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı. 31Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi.
32Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı.
Արդեն Ընտրված.
YARADILIŞ 10: AZJ08
Ընդգծել
Կիսվել
Պատճենել
Ցանկանու՞մ եք պահպանել ձեր նշումները ձեր բոլոր սարքերում: Գրանցվեք կամ մուտք գործեք
© United Bible Societies 2009