ROMALILARA GİRİŞ
GİRİŞ
Paul bu məktubu özünü və yaydığı Müjdəni Romadakı imanlılar cəmiyyətinə təqdim etmək üçün yazmışdı. O heç vaxt imperatorluğun paytaxtı olan bu şəhərdə olmamışdı, halbuki oradakı bir çox məsihçilərin adını bilirdi və onlara tezliklə baş çəkmək istəyirdi. Paul onlara özünün «həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş» olduğunu söyləyir (1:1). Onun yaydığı Müjdə bundan ibarət idi ki, Müjdə «iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir» (1:16).
Paul həm də hamının günah edib, Allahın izzətindən məhrum olmasını oxucuların yadına salır (3:23). Amma Allah bizi necə qəbul edə bilər? Paul bu əsas suala Romalılara məktubda cavab verir. O, məktubda göstərir ki, heç kim Allahın tələblərini yerinə yetirməyə qadir deyil. Yəhudilər Musanın Qanununa tabe olmadılar; başqa millətlərlə isə Allah müxtəlif yollarla danışdısa da, onlar Onun barəsində hətta düşünməkdən belə, imtina etdilər (1:18-3:20).
Paul burada Allahın bizi necə qəbul etdiyini aydın göstərir:
«Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur … Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır» (3:22,24).
«İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi» (4:25).
Məktubun məzmunu:
1:1-17 Salamlama və məktubun mövzusu
1:18-3:20 Xilasa ehtiyac
3:21-4:25 Allahın verdiyi xilas yolu
5:1-8:39 Məsihdə yeni həyat
9:1-11:36 Allahın İsrail üçün planı
12:1-15:13 Məsihçi davranışı
15:14-16:27 Yekun və şəxsi salamlar
Currently Selected:
ROMALILARA GİRİŞ: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009