YouVersion Logo
Search Icon

HƏVARİLƏRİN İŞLƏRİ 28

28
Maltada
1Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır. 2Oranın sakinləri bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar. 3Paul bir dəstə çırpı götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə yapışdı. 4Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birinə dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu yaşamağa qoymur». 5Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir xətər görmədi. 6Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».
7O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi. 8O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı. 9Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdı. 10Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər.
Romaya çatanda
11Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq. 12Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq. 13Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq. 14Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq.
Sonra Romaya çatdıq. 15Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi. 16Romaya gələndə Paula#28:16 Paula – bəzi əlyazmalarda yüzbaşı məhbusları zabitə təhvil verdi. izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.
Paulun Romada etdiyi işlər
17Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim. 18Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi. 19#Həv. 25:11Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim. 20Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm». 21Onlar Paula dedi: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib. 22Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».
23Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı. 24Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı. 25Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi:
26 # Yeş. 6:9-10; Mat. 13:14-15; Mark 4:12; Luka 8:10; Yəh. 12:39-40 “Get bu xalqa bunu çatdır:
‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,
Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
27Çünki bu xalqın ürəyi kütləşdi,
Qulaqları ağır eşitdi,
Gözlərini yumdular ki,
Gözləri ilə görməsinlər,
Qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim›”.
28İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaq». 29#28:28-29 Asacaq – bəzi əlyazmalarda asacaq». 29 Paulun bu sözündən sonra Yəhudilər bir-biri ilə çox çəkişdi və getdi.
30Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi. 31Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in