YEZEKEL 47
47
Məbəddən axan su
1 #
Zək. 14:8; Yəh. 7:38; Vəhy 22:1 O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı. 2O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı.
3O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi. 4Daha min qulac ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi. 5Daha min qulac ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi.
6O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi. 7Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm. 8O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. 9O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək. 10Çayın sahili boyu balıqçılar dayanacaq. En-Gedidən En-Eqlayimə qədər tor sərilən yerlər olacaq. Orada da Böyük dənizdəki kimi çoxlu balıq növləri olacaq. 11Ancaq Duz dənizinin palçıqlı və bataqlıq yerləri şirin suya çevrilməyəcək, şoranlıq olaraq qalacaq. 12Çayın hər iki sahilində hər cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri tükənməyəcək. Hər ay meyvə verəcəklər, çünki Müqəddəs məkandan çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarından şəfa vermək üçün istifadə olunacaq».
Ölkənin sərhədləri
13Xudavənd Rəbb belə deyir: «Ölkəni irs olaraq İsrailin on iki qəbiləsi arasında bu sərhədlərlə bölün: Yusifə iki pay düşsün. 14Ölkəni on iki qəbilə arasında hər birinə bərabər olaraq paylayın. Mən ölkəni sizin atalarınıza verəcəyimə and içdim. Bu ölkə sizə irs olaraq veriləcək.
15Ölkənin sərhədi belə olacaq: şimalda Böyük dənizdən Xetlon yolu ilə Xamat keçidinə, Sedada, #47:15 Xamat keçidinə, Sedada – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə Sedad keçidinə, Xamata. 16Berotaya və Dəməşq ilə Xamatın torpaqları arasında yerləşən Sivrayimə, Xavran sərhədində olan Xaser-Hattikona qədər uzanacaq. 17Sərhəd dənizdən Xasar-Enona, Dəməşqin şimal sərhədi boyunca uzanacaq, Xamat sərhədi şimalda olacaq. Şimal sərhədi belədir.
18Şərqdə sərhədi Xavranla Dəməşq arasından başlayıb Gileadı İsraildən ayıran İordan çayı boyunca Şərq dənizinə qədər ölçün. Şərq sərhədi belədir.
19Cənubda sərhəd Tamardan Meriva-Qadeş sularına, Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq. Cənub sərhədi belədir.
20Qərbdə Xamat keçidinin qarşısındakı yerə qədər Böyük dəniz sərhəd olacaq. Qərb sərhədi belədir.
21Bu ölkəni İsrail qəbilələrinə görə öz aranızda bölüşdürün. 22Ölkəni öz aranızda və aranızda yaşayarkən övladları doğulan yadellilərlə irs olaraq bölüşdürün. Onları da İsrail övladları arasında yerlilər kimi hesab edin. Onların da İsrail qəbilələri arasında sizin kimi irsləri olacaq. 23Yadelli hansı qəbilədə yaşayırsa, orada ona düşən payı irs olaraq verin» Xudavənd Rəbb belə bəyan edir.
Currently Selected:
YEZEKEL 47: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009