Logoja YouVersion
Ikona e kërkimit

YARADILIŞ GİRİŞ

GİRİŞ
«Yaradılış» Kitabı Tövratın birinci kitabıdır. Bu kitab həm də bəşər tarixində ən qədim kitablardan biridir. «Yaradılış» Kitabının ilk fəsillərində göy və yerin yaranması, dünyada canlı aləmin meydana gəlməsi barədə danışılır və bu fəsillərin mövzusu əsasında da kitab belə adlanır. Burada Allahın dünya və insanı yaratmasından, ideal mühitdə yaşayan insanın günaha batması və günahın get-gedə artıb çoxalmasından bəhs olunur. Kitabda təsvir olunan mövzular bəşər tarixinin təşəkkülünü, sivilizasiyanın meydana gəlməsini, qədim dünyanın ayrı-ayrı tarixi simalarının və xalqlarının fəaliyyətini əhatə edir.
«Yaradılış» Kitabı şərti olaraq iki əsas hissəyə bölünə bilər: birinci hissə (1:1-11:9) dünyanın yaranması və bəşərin qədim tarixi, ikinci hissə (11:10-50:26) isə İsrail xalqının əcdadları barədə hekayətlərdən ibarətdir.
«Yaradılış» Kitabının əsas ideyasını kamil yaranmış, lakin günaha bataraq maddi və mənəvi problemlərə düçar olmuş insanın Allah fəaliyyəti nəticəsində ruhani məqsədlərə istiqamətləndirilməsi fikri təşkil edir. Bu kitabda Allahın bütün varlıq üzərində hakimiyyətə malik olması və bəşər tarixini Öz məqsədinə – seçilmiş ruhani xalqın xilasına doğru yönəltməsi ideyaları xüsusi vurğulanır.
Kitabın məzmunu:
1:1-2:25 Kainatın və insanın yaranması
3:1-24 İnsanın günaha batması
4:1-5:32 Adəmdən Nuha qədər
6:1-10:32 Nuh və daşqın
11:1-9 Babil qülləsi
11:10-32 Samdan İbrahimə qədər
12:1-35:29 Əcdadlar: İbrahim, İshaq, Yaqub
36:1-43 Esavın nəsli
37:1-45:28 Yusif və onun qardaşları
46:1-50:26 İsraillilər Misirdə

Aktualisht i përzgjedhur:

YARADILIŞ GİRİŞ: AZJ08

Thekso

Ndaje

Copy

None

A doni që theksimet tuaja të jenë të ruajtura në të gjitha pajisjet që keni? Regjistrohu ose hyr