YARADILIŞ 17

17
Əhdin rəmzi olan sünnət
1İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. 2Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam». 3İbram üzüstə düşdü. Allah onunla danışıb dedi: 4«Mən səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan. 5#Rom. 4:16-17 Daha sənə İbram deyilməyəcək, bu gündən adın İbrahim #17:5 İbram – ibrani dilində ali ata; İbrahim çoxlarının atası. olacaq, çünki səni çoxlu millətin atası etdim. 6Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq. 7#Luka 1:54-55 Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam. 8#Həv. 7:5 Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam».
9Sonra Allah İbrahimə dedi: «Sən və səndən sonrakı övladların nəsillər boyu əhdimə əməl edin. 10#Həv. 7:8; Rom. 4:11 Mənim səninlə və səndən sonrakı nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər sünnət olunsun. 11Sünnət ətinizi kəsin; bu Mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq. 12Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin. 13Evinizdə doğulmuş yaxud satın alınmış hər uşaq mütləq sünnət olunmalıdır. Beləcə Mənim əhdimin əlaməti əbədi olaraq bədəninizdə olacaq. 14Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq».
15Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara #17:15 Sara – ibrani dilində mələkə. olacaq. 16Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq». 17İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» 18Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» 19Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq#17:19 İshaq – ibrani dilində gülür. qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm. 20İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. 21Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla davam etdirəcəyəm». 22Allah İbrahimlə söhbətini bitirərək ondan ayrılıb yuxarı çəkildi.
23İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər kəsi – öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona dediyi kimi sünnət ətlərini kəsdi. 24Sünnət əti kəsilən vaxt İbrahim doxsan doqquz yaşında idi. 25Oğlu İsmail isə sünnət əti kəsilən vaxt on üç yaşında idi. 26İbrahim oğlu İsmaillə birgə həmin gün sünnət olundu. 27Onunla birgə evdəki bütün kişilər – evində doğulan və yadellilərdən satın alınmış hər kəs sünnət olundu.

ទើបបានជ្រើសរើសហើយ៖

YARADILIŞ 17: AZJ08

គំនូស​ចំណាំ

ចែក​រំលែក

ចម្លង

None

ចង់ឱ្យគំនូសពណ៌ដែលបានរក្សាទុករបស់អ្នក មាននៅលើគ្រប់ឧបករណ៍ទាំងអស់មែនទេ? ចុះឈ្មោះប្រើ ឬចុះឈ្មោះចូល