MATTA GİRİŞ
GİRİŞ
«Mattanın nəql etdiyi Müjdə»də İsa Məsihin vəd edilmiş Xilaskar olduğu barədə danışılır. Burada Onun vasitəsilə Allahın Əhdi-Ətiqdə Öz xalqına verdiyi vədlərin yerinə yetməsi vurğulanır. Bu Müjdə yalnız aralarında İsanın böyüyüb başa çatdığı Yəhudi xalqı üçün deyil, bütün dünya üçündür.
Mattanın nəql etdiyi Müjdə səlis ardıcıllıqla yazılıb. Bu kitab İsanın doğuluşu, vəftizi və sınağa çəkilməsindən başlayır. Sonra müəllif İsanın vəzləri, təlimləri və Qalileyada şəfa verməsi barədə danışır. Müjdə İsanın Qalileyadan Yerusəlimə səyahəti, Onun həyatında son həftə ərzində baş vermiş hadisələr, çarmıxa çəkilməsi və dirilməsi ilə bitir.
«Mattanın nəql etdiyi Müjdə» İsanı Qanunu izah etmək və Allahın Padşahlığı haqqında təlim vermək səlahiyyətinə malik olan böyük Müəllim kimi təqdim edir. Onun insanlara həyat verən təlimləri bu kitabda yazılmışdır.
Kitabın məzmunu:
1:1-2:23 İsa Məsihin nəsil şəcərəsi və doğulması
3:1-12 Vəftizçi Yəhyanın vəzi
3:13-17 İsa Məsihin vəftiz olunması
4:1-11 İsanın sınağa çəkilməsi
4:12-18:35 İsanın Qalileyada ictimai xidməti
19:1-20:34 Qalileyadan Yerusəlimə
21:1-27:66 İsanın Yerusəlimdəki son günləri
28:1-20 İsanın dirilməsi
Currently Selected:
MATTA GİRİŞ: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009