Logo YouVersion
Ikona vyhledávání

YARADILIŞ 5

5
Adəmdən Nuha qədər olan nəsillər
(1Saln. 1:1-4)
1 # Yar. 1:27-28 Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı. 2#Yar. 1:27; Mat. 19:4-5; Mark 10:6 Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı.
3Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu. 4Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 5Adəm doqquz yüz otuz il ömür sürüb öldü.
6Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu. 7Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 8Şet doqquz yüz on iki il ömür sürüb öldü.
9Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu. 10Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 11Enoş doqquz yüz beş il ömür sürüb öldü.
12Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu. 13Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 14Qenan doqquz yüz on il ömür sürüb öldü.
15Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu. 16Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 17Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü.
18Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu. 19Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 20Yered doqquz yüz altmış iki il ömür sürüb öldü.
21 # İbr. 11:5; Yəhd. 14-15 Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu. 22Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun çoxlu oğlu və qızı oldu. 23Xanok üç yüz altmış beş il yaşadı. 24O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
25Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu. 26Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 27Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü.
28Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu. 29O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh #5:29 Nuh – ibrani dilində təsəlli. qoydu. 30Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 31Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü.
32Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.

Právě zvoleno:

YARADILIŞ 5: AZJ08

Zvýraznění

Sdílet

Kopírovat

None

Chceš mít své zvýrazněné verše uložené na všech zařízeních? Zaregistruj se nebo se přihlas