ROMALILARA 9
9
Allahın İsraili seçməsi
1Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki, 2ürəyimdə böyük bir kədər, daimi bir iztirab var. 3#Çıx. 4:22; 24:1-17Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim; 4bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur. 5Əcdadlar#9:5 Əcdadlar – yəni İsrail xalqının ata-babaları. da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin.
6Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. 7#Yar. 21:12; İbr. 11:18İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib. 8Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır. 9#Yar. 18:10Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq». 10Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu. 11-12#Yar. 25:23Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. 13#Mal. 1:2-3Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».
14Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla! 15#Çıx. 33:19Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm». 16Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır. 17#Çıx. 9:16Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin». 18Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.
Allahın qəzəbi və mərhəməti
19İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?» 20#Yeş. 29:16; 45:9Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər? 21Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin? 22Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik? 23Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin? 24O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı. 25#Huşə 2:23Necə ki Huşənin kitabında deyilir:
«“Xalqım deyil” dediyimə
“Xalqımsan” deyəcəyəm,
“Sevdiyim deyil” dediyimə
“Sevdiyimsən” deyəcəyəm».
26 #
Huşə 1:10
«Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək».
27 #
Yeş. 10:22-23
Yeşaya da İsrail barədə belə nida edir:
«İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə,
Ancaq sağ qalanları xilas olacaq.
28Çünki Rəbb yer üzündə hökmünü
Tam və tez yerinə yetirəcək».#9:28 Rəbb yer üzündə hökmünü Tam və tez yerinə yetirəcək – bəzi əlyazmalarda Rəbb hökmünü ədalətlə, Tam və tez yerinə yetirəcək, Yer üzündə tez bitən bir iş görəcək.
29 #
Yeş. 1:9
Yeşayanın qabaqcadan söylədiyi kimi:
«Əgər Ordular Rəbbi
Bizim xalqdan bir neçə
Sağ qalan adam qoymasaydı,
Biz Sodom kimi olardıq,
Homorraya bənzəyərdik».
İsrailin imansızlığı
30Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər. 31Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi. 32#Yeş. 8:14Nə üçün? Çünki imanla yox, əməllərlə#9:32 Əməllərlə – bəzi əlyazmalarda Qanuna əməl etməklə. gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər. 33#Yeş. 28:16; 1Pet. 2:6-8Necə ki yazılıb:
«Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram.
Ona iman edən kəs utandırılmaz».
Currently Selected:
ROMALILARA 9: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009