YouVersion Logo
Search Icon

ROMALILARA 11

11
Allahın seçdiyi xalq
1 # Flp. 3:5 Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm. 2Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir: 3#1Pad. 19:10,14«Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 4#1Pad. 19:18Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
5Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var. 6Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.#11:6 Lütf olmaz – bəzi əlyazmalarda lütf olmaz. Amma əgər əməllərlə oldusa, daha lütflə deyil; yoxsa əməl daha əməl olmaz.
7Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu. 8#Qanun. 29:4; Yeş. 29:10Necə ki yazılıb:
«Allah onları dərin yuxuya saldı,
Onlara bu günədək görməyən gözlər,
Eşitməyən qulaqlar verdi».
9 # Zəb. 69:22-23 Davud da belə deyir:
«Süfrələri onlara tələ, tor,
Büdrəmə daşı və cəza olsun.
10Gözlərinə qara gəlsin, görməsinlər,
Belləri həmişə bükülü qalsın!»
Başqa millətlərin xilası
11Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın. 12Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
13Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, 14bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. 15Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi? 16Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə#11:17 Barlı kökünə – bəzi əlyazmalarda kökünə və şirəsinə. şərik olmusansa, 18o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. 19O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. 20Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx! 21Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə#11:21 Bəlkə – bəzi əlyazmalarda bu söz yoxdur. sənə də rəhm etməyəcək. 22Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. 23Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir. 24Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
Bütün İsrail xilas olacaq
25Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın. 26#Yeş. 59:20-21; Yer. 31:33-34Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb:
«Qurtarıcı Siondan gələcək,
Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
27«Günahlarını aradan qaldırdığım zaman
Mənim onlarla bağladığım Əhd budur».
28Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir. 29Çünki Allahın ənamları və dəvəti geri alınmaz. 30Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; 31eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. 32Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
Allaha həmd
33Allahın zənginliyi nə böyük,
Hikməti və biliyi nə dərindir!
Onun hökmləri necə də ağlasığmaz,
Yolları necə də anlaşılmazdır!
34 # Yeş. 40:13 «Rəbbin ağlını kim dərk etdi?
Ona kim məsləhətçi oldu?»
35 # Əyy. 41:11 «Kim Ona bir şey verdi ki,
Əvəzini Ondan istəyə bilsin?»
36 # 1Kor. 8:5-6 Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.

Currently Selected:

ROMALILARA 11: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in