YouVersion Logo
Search Icon

LUKA 19

19
İsa ilə Zakkay
1İsa Yerixoya daxil olub oradan keçirdi. 2Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. 3İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. 4İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.
5İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». 6O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. 7Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!» 8Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam». 9İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. 10Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir».
Əmanət pul məsəli
(Mat. 25:14-30)
11Onlar bu şeyləri dinləyərkən İsa bir məsəl də çəkdi. Çünki O, Yerusəlimə yaxınlaşmışdı və onlar elə düşünürdülər ki, Allahın Padşahlığı dərhal üzə çıxacaq. 12İsa belə dedi: «Əsilzadələrdən olan bir nəfər padşah təyin olunub geri dönmək üçün uzaq bir ölkəyə yola düşdü. 13Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina#19:13 Mina – 100 dirhəmə bərabər, 100 günlük əmək haqqı idi. pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”. 14Lakin əhalisi bu adama nifrət etdi və onun ardınca elçilər göndərib dedi: “Bu adamın üzərimizdə padşah olmasını istəmirik”.
15O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi. 16Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”. 17Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”. 18İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”. 19Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi.
20Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım. 21Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”. 22Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi? 23Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?” 24Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!” 25Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!” 26#Mat. 13:12; Mark 4:25; Luka 8:18O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq. 27Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”»
İsanın Yerusəlimə girməsi
(Mat. 21:1-11; Mark 11:1-11; Yəh. 12:12-19)
28İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. 29Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək 30dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. 31Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz».
32Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər. 33Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?» 34Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır». 35Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər. 36O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi.
37İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı. 38#Zəb. 118:26Onlar deyirdi:
«Rəbbin ismi ilə gələn Padşaha alqış olsun!
Göydə sülh, ən ucalarda izzət olsun!»
39İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!» 40Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»
İsa Yerusəlim üçün ağlayır
41İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. 42O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib. 43Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. 44Səni də, qucağındakı övladlarını da yerlə yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın».
İsa satıcıları məbəddən qovur
(Mat. 21:12-17; Mark 11:15-19; Yəh. 2:13-22)
45İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı. 46#Yeş. 56:7; Yer. 7:11Onlara belə dedi:
«“Mənim evim dua evi olacaq”
deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!»
47 # Luka 21:37 İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı, 48amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi.

Currently Selected:

LUKA 19: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in