Fərman verirəm ki, bütün padşahlığımın ərazisində olan adamlar Danielin Allahından qorxub titrəsin.
O, var olan Allahdır, əbədi olaraq mövcuddur,
Onun padşahlığı dağılmaz və hökmranlığı sonsuzdur.
O qurtarıb xilas edər, göydə və yerdə əlamətlər,
Möcüzələr göstərər.
Danieli şirlərin pəncəsindən O qurtardı».