YARADILIŞ 9

9
Allahın Nuha vədi
1 # Yar. 1:28 Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün. 2Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib. 3Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm. 4#Lev. 7:26-27; 17:10-14; 19:26; Qanun. 12:16,23-25; 15:23 Ancaq əti onun canı olan qanla birgə yeməyin. 5Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan – qardaşının canını alan hər kəsdən əvəzini alacağam.
6 # Çıx. 20:13 # Yar. 1:26 Kim insan qanı töksə,
Onun da qanı
İnsan əli ilə töküləcək.
Çünki Allah insanı
Öz surətinə görə yaradıb.
7 # Yar. 1:28 Siz törəyib çoxalın,
Yer üzünə yayılın,
Orada çoxalın».
8Allah Nuha və yanında olan oğullarına dedi: 9«Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram, 10gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. 11Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək». 12Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: 13buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. 14Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. 15Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək. 16Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam». 17Allah yenə Nuha dedi: «Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti budur».
Nuhun oğulları
18Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi. 19Nuhun üç oğlu bunlardır və yer üzündə yayılan bütün insanlar onlardan törədi.
20Nuh torpağı becərməyə başladı və bir üzüm bağı saldı. 21O, şərab içib sərxoş oldu və öz çadırında çılpaq uzandı. 22Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına söylədi. 23Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər. 24Nuh öz sərxoşluğundan ayıldı və kiçik oğlunun əməlini bilib dedi:
25«Kənana lənət olsun,
Öz qardaşlarının qullarına qul olsun».
26Yenə dedi:
«Samın Allahı Rəbbə alqış olsun,
Kənan ona qul olsun.
27Allah Yafəsə genişlik versin,
Samın çadırlarında yaşasın.
Kənan ona qul olsun».
Nuhun ölümü
28Nuh daşqından sonra üç yüz əlli il yaşadı. 29O, doqquz yüz əlli il ömür sürüb öldü.

ទើបបានជ្រើសរើសហើយ៖

YARADILIŞ 9: AZJ08

គំនូស​ចំណាំ

ចែក​រំលែក

ចម្លង

None

ចង់ឱ្យគំនូសពណ៌ដែលបានរក្សាទុករបស់អ្នក មាននៅលើគ្រប់ឧបករណ៍ទាំងអស់មែនទេ? ចុះឈ្មោះប្រើ ឬចុះឈ្មោះចូល