1
Matta 5:15-16
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
ប្រៀបធៀប
រុករក Matta 5:15-16
2
Matta 5:14
Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz.
រុករក Matta 5:14
3
Matta 5:8
Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək.
រុករក Matta 5:8
4
Matta 5:6
Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
រុករក Matta 5:6
5
Matta 5:44
Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.
រុករក Matta 5:44
6
Matta 5:3
«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.
រុករក Matta 5:3
7
Matta 5:9
Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.
រុករក Matta 5:9
8
Matta 5:4
Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.
រុករក Matta 5:4
9
Matta 5:10
Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır.
រុករក Matta 5:10
10
Matta 5:7
Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək.
រុករក Matta 5:7
11
Matta 5:11-12
İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
រុករក Matta 5:11-12
12
Matta 5:5
Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.
រុករក Matta 5:5
13
Matta 5:13
Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz.
រុករក Matta 5:13
14
Matta 5:48
Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
រុករក Matta 5:48
15
Matta 5:37
Ancaq sözünüzdə “bəli” niz bəli, “xeyr” iniz xeyr olsun. Bundan qalanı şər olandandır.
រុករក Matta 5:37
16
Matta 5:38-39
“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
រុករក Matta 5:38-39
17
Matta 5:29-30
Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.
រុករក Matta 5:29-30
គេហ៍
ព្រះគម្ពីរ
គម្រោងអាន
វីដេអូ