YARADILIŞ 3
3
Adəm və Həvvanın günaha batması
1 #
Vəhy 12:9; 20:2 Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» 2Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. 3Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» 4İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. 5Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». 6#Rom. 5:12 Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. 7O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.
8Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. 9Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» 10O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». 11Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» 12Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». 13#Rom. 7:11; 2Kor. 11:3; 1Tim. 2:14 Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».
14Rəbb Allah ilana dedi:
«Sən bunu etdiyin üçün
Bütün ev heyvanları və çöl heyvanları arasında
Lənət qazanırsan.
Qarnın üstündə sürünəcəksən,
Bütün ömrün boyu torpaq yeyəcəksən.
15 #
Vəhy 12:17 Mən səninlə qadın arasına,
Sənin balanla onun övladı arasına
Düşmənçilik salıram.
Bu övlad sənin başından vuracaq,
Sən də onu dabanından sancacaqsan».
16Sonra Rəbb Allah qadına dedi:
«Hamilə olanda sənə
Çox əziyyət verəcəyəm,
Uşaqlarını ağrı içində doğacaqsan.
Ərinə meylli olacaqsan,
O sənə ağalıq edəcək».
17 #
İbr. 6:8 Sonra Rəbb Allah Adəmə dedi:
«Arvadının sözünə qulaq asdığın üçün,
Qadağan etdiyim, “meyvəsini yemə” dediyim
Ağacdan yediyin üçün
Sənə görə torpaq lənətlənir.
Ömrün boyu zəhmətlə
Torpaqdan yemək əldə edəcəksən.
18O sənə tikan və qanqal bitirəcək,
Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan,
Çünki oradan götürülmüsən,
Ona görə ki yerin torpağısan,
Torpağa da qayıdacaqsan».
20Adəm arvadının adını Həvva#3:20 Həvva – ibrani dilində yaşamaq mənası verən bir sözdən götürülmüşdür. qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. 21Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi.
22 #
Yar. 2:9; Vəhy 2:7; 22:2,14 Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!» 23Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. 24Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.
اکنون انتخاب شده:
YARADILIŞ 3: AZJ08
هایلایت
به اشتراک گذاشتن
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
© United Bible Societies 2009