1
ROMALILARA 12:2
Azərbaycan Bibliyası 2008
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Compare
Explore ROMALILARA 12:2
2
ROMALILARA 12:1
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Explore ROMALILARA 12:1
3
ROMALILARA 12:12
Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
Explore ROMALILARA 12:12
4
ROMALILARA 12:21
Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.
Explore ROMALILARA 12:21
5
ROMALILARA 12:10
Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
Explore ROMALILARA 12:10
6
ROMALILARA 12:9
Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
Explore ROMALILARA 12:9
7
ROMALILARA 12:18
İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.
Explore ROMALILARA 12:18
8
ROMALILARA 12:19
Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm».
Explore ROMALILARA 12:19
9
ROMALILARA 12:11
Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
Explore ROMALILARA 12:11
10
ROMALILARA 12:3
Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün.
Explore ROMALILARA 12:3
11
ROMALILARA 12:17
Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin.
Explore ROMALILARA 12:17
12
ROMALILARA 12:16
Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın.
Explore ROMALILARA 12:16
13
ROMALILARA 12:20
Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən».
Explore ROMALILARA 12:20
14
ROMALILARA 12:14-15
Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
Explore ROMALILARA 12:14-15
15
ROMALILARA 12:13
Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
Explore ROMALILARA 12:13
16
ROMALILARA 12:4-5
Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik.
Explore ROMALILARA 12:4-5
Home
Bible
Plans
Videos