Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at. Axı
“Allah Sənə görə mələklərinə əmr edər ki,
Səni qorusunlar,
Səni əlləri üstündə aparsınlar,
Ayağın bir daşa dəyməsin”
deyə yazılmışdır». Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir».